Menu
Sənin kartın

Franck Boclet

Franck Boclet

Franck Boclet – fransız modelyer Franck Boclet-in eyniadlı markasıdır. Modelyerin moda dünyasına gəlişi 1985-ci ildə, Kenzo şirkətində çalışdığı zamana təsadüf edir. Daha sonra Arrows, Francesco Smalto, Ungaro və Courrèges kimi firmalarla əməkdaşlıq edərək, 2010-cu ildə öz markasını təsis edir. Marka müştərilərinə kişi geyimləri və aksessuar təklif edir.

Boclet cəsarətlə, kişi xarakteri və həssaslığı birləşdirir. Detallara və qüsursuz kəsimə çox diqqət yetirir. Franck Boclet müasir kişi qarderobuna öz orijinal baxışına malikdir - onun geyimlərində sərtlik, klassika, zəriflik və ekstravaqant punk-rok elementləri ahəngdar şəkildə uyğunlaşır.

2012 — ci ildə öz geyim kolleksiyalarına möhtəşəm əlavə kimi Boclet, niş ətir kolleksiyası təqdim edir. Franck Boclet ətir kolleksiyasında, dizayn etdiyi geyimlərdə olduğu kimi, eyni prinsipə əməl edir — onda cəsarət və zəriflik, klassika və ekstravaqantlıq birləşir.

Listelenecek bir ürün yok